ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Vaşinqtonun terrorçu qruplar və regional düşmənlərin artan təhlükəsi qarşısında ölkəsinin İsraili qorumaq öhdəliyini vurğulayıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O qeyd edib ki, ABŞ həmişə İsraili terror və hücumlardan müdafiə etmək öhdəliyini açıq şəkildə bəyan edib:
"Birləşmiş Ştatlar öz növbəsində münaqişənin deeskalasiyasının zəruriliyini vurğulayır və bütün tərəfləri dialoqa və mübahisələrin sülh yolu ilə həllinə çağırır".
Miller həmçinin Amerika personalının təhlükəsizliyinin və regionda maraqlarının təmin edilməsinin vacibliyinə diqqət çəkib ki, bu da təkcə hərbi deyil, həm də diplomatik tədbirləri nəzərdə tutur. Vaşinqton öz vətəndaşlarını və maraqlarını təhdid edənləri, o cümlədən həm iqtisadi sanksiyalar, həm də hərbi əməliyyatları əhatə edən şəxsləri məsuliyyətə cəlb etməyə hazırdır.
Qeyd edək ki, Fələstin və şiə fraksiyalarının yüksək profilli liderlərinin məhv edilmədi ilə bağlı son insidentlərdən sonra bölgədə artan gərginliyi nəzərə alsaq, bu bəyanat təsadüfi deyil. Xüsusilə, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və Beyrutdakı "Hizbullah" komandirlərinin ölümü yeni gərginlik dalğası yaradıb və İran, Həmas və Hizbullah artıq İsrailin hərəkətlərini cavabsız qoymayacaqlarını bəyan ediblər.