“Barsa” onun klubu ilə razılığa gəldi

7 Avqust 2024 05:46 (UTC+04:00)

“Barselona” yarımmüdafiəçi Daniel Olmonun transferiylə bağlı klubu “Leypsiq” ilə şifahi razılığa gəlib. SİA xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, sövdələşməni 55 milyon avro zəmanətli ödənişlər və daha 7 milyon avro bonuslar təşkil edəcək. Olmo “Barsa” ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalayacaq.

Ötən mövsüm Daniel klub və milli komandanın heyətində bütün turnirlərdə 32 matçda iştirak edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. İspaniya millisi ilə Avropa çempionu olan futbolçunun bazar dəyəri 60 milyon avrodur.