Yaxın Şərqdəki eskalasiya Qəzzada atəşkəs razılaşmasına mane ola bilər - Blinken

7 Avqust 2024 04:33 (UTC+04:00)

“Yaxın Şərqdə vəziyyətin gərginləşməsi Qəzza zolağında atəşkəs razılaşmasına mane ola bilər”. SİA xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Antoni Blinken “2+2” formatında ABŞ-Avstraliya danışıqlarının yekunları üzrə çıxışında deyib.

Vaşinqton yaxınlığındakı Annapolisdə keçirilən mətbuat konfransında Blinken eskalasiyadan qaçmağın yollarından danışıb.

Onun fikrincə atəşkəs müqaviləsinin bağlanmaması üçün heç bir səbəb yoxdur.

“Bütün tərəfləri bu işi sona çatdırmağa çağırıram”, - deyə Dövlət katibi bildirib.