Bu, Rusiyanın İranın tərəfini tutacağı münaqişəyə çevrilə bilər...

7 Avqust 2024 00:17 (UTC+04:00)

...Moskva ilə Tehran arasında əməkdaşlıq son vaxtlar xeyli güclənib. Buna görə də, əgər İsrail genişmiqyaslı müharibəyə başlamaq qərarına gəlsə, bu halda Rusiyanın İran tərəfində dayanacağını başa düşməlidir.

...Onlar ehtiyat oyunçular skamyasından düşüb meydançaya çıxdılar. İndi yeganə sual budur ki, İsrail belə bir oyun oynamaq istəyəcəkmi?

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın keçmiş dəniz kəşfiyyatçısı Skott Ritter bunu “Judging Freedom”-un efirində bildirib.

...Əvvəla, biz bilirik ki, Rusiya və İran müdafiə sazişi imzalasalar da, hələ ki, onun təfərrüatları açıqlanmırlar. Amma bu gün Rusiya ilə İran keçən il, 6 ay, 3 ay əvvəlkindən tamam fərqli səviyyədə əməkdaşlıq edirlər. Onlar strateji cəhətdən bağlıdırlar. Rusiya və İran Sankt-Peterburqla İranın cənubundakı Çexbehar və Bəndər Abbas limanlarını birləşdirən, onlara ABŞ tərəfindən bağlana bilməyən rabitə marşrutu təmin edən müqavilə imzalayıb.

Onları sənaye əməkdaşlığı, geosiyasi əməkdaşlıq bağlayır və Rusiya İranın strateji müttəfiqi olduğunu bəyan edib.

Ona görə də hesab edirəm ki, İsrail və ABŞ çox diqqətli hərəkət etməlidirlər, çünki bu, Rusiyanın İranın tərəfini tutacağı münaqişəyə çevrilə bilər. Və bu, Rusiyanı təkcə İsraillə deyil, potensial münaqişəyə salacaq.

...Sergey Lavrovun dediyi kimi, Rusiya həmişəlik bir kənarda oturmaq fikrində deyil. Hesab edirəm ki, Rusiya artıq qərar verib: onlar artıq kənarda deyillər. Onlar ehtiyat oyunçular skamyasından düşüb meydançaya çıxırlar. İndi yeganə sual budur: İsrail belə bir oyun oynamaq istəyəcəkmi?

Maraqlıdır ki, bunları deyən Skott Ritter, Lavrovun açıqlamaları ilə yanaşı, Şoyqunun Tehrana şəxsən getməsinə də diqqət çəkərək sual erir: Sizcə, bu, Kremlin münaqişənin nəticəsi ilə nə dərəcədə maraqlı olduğunu göstərirmi?

Əli Babayev