Rumıniya Rusiya təhlükəsindən qorunmaq üçün forposta çevrilir..?

7 Avqust 2024 00:05 (UTC+04:00)

...Rusiyadan gələn təhlükədən narahat olan Şərqi Avropa Rumıniyanı Rusiyanın təhlükəsi qarşısında hərbi qala seçir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Times” yazır.

Deməli, bu gün Rumıniyadakı Mixail Koqelnicanu Hərbi Hava Bazasının genişlənməsi və Avropadakı ən böyük NATO hərbi bazasına çevrilməsi sürətlə davam etdirilir.

Maraqlıdır ki, layihə iştirakçıları burada əsas məqsədin “rusları narahat etmək” olduğunu demələidir.

“Times” yazır ki, Rumıniyanın Ukrayna sərhədindən təxminən 100 kilometr aralıda yerləşən Mixail Koqelnicanu aviabazasının genişləndirilməsi və modernləşdirilməsi “keçmiş kommunist ölkələrinin Rusiyadan gələn təhlükəni nə qədər ciddi qəbul etdiyini” göstərir.

Bu gün Rumıniyada kommunist dövrünün aerodromunu NATO-nun Avropadakı ən böyük hərbi bazasına çevirmək üçün işlər aparılır.

ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hocesin sözlərinə görə, on il əvvəl Krımdan 400 km-dən az məsafədə NATO-nun böyük obyektinin yaradılması ilk dəfə müzakirə olunanda müttəfiqlər arasında narahatlıq var idi. Ancaq indi, generalın sözlərinə görə, o, rusların etdiklərinə daim reaksiya verməkdən yorulub - buna görə də rusları bizim etdiklərimizdən narahat etməyi zəruri hesab edir.

Hodcesin sözlərinə görə, aviabazanın genişləndirilməsi onu göstərir ki, Şərqi Avropa ölkələri Rusiyadan gələn təhlükəni ciddi qəbul edir.

Qərbi Avropadakı həmkarları isə müdafiə xərcləri ilə mübarizə aparır və ABŞ-ın hərbi müdaxiləni dayandıracağı ilə hədələyən Donald Trampın yüksəlişini gözləyirlər.

Növbəti iyirmi il ərzində Rumıniyanın şərqindəki aviabazanın Almaniya qarnizonundan iki dəfə böyük olan Avropadakı ən böyük NATO bazası kimi əhəmiyyətinə görə Ramşteyni keçəcəyi gözlənilir.

Bunu da “Times” xəbər verir.

Əli Babayev