Braziliyada dünyanın ən hündür yaşayış göydələni tikiləcək

6 Avqust 2024 23:16 (UTC+04:00)

Dünyanın ən hündür yaşayış binası Braziliyanın Balneario Camboriu şəhərində tikiləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Dezeen” xəbər verir ki, tikinti layihəsi yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənib.

Zəfər qülləsi adlanan qüllənin hündürlüyü 544 metr olacaq, bu, Nyu Yorkdakı ən hündür yaşayış binası olan Central Park Tower-dən 72 metr çoxdur.

Qeyddə deyilir ki, layihə braziliyalı tərtibatçı FG Empreendimentos tərəfindən həyata keçiriləcək.

Göydələn Barra Sul ərazisində tikiləcək. Binanın hündürlüyü 100 mərtəbəli olacaq, 150 min kvadratmetr sahəni tutacaq. Nəşrin məlumatına görə, qüllənin memarlıq görünüşü ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb.

Nazlı Almuradova