“Paris-2024”: Azərbaycan taekvondoçusunun ilk rəqibi bəlli olub

6 Avqust 2024 16:22 (UTC+04:00)

Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun “Paris-2024” Yay Olimpiya Oyunlarındakı ilk rəqibi bəlli olub. SİA xəbər verir ki, təmsilçimiz startda irlandiyalı Cek Uolley ilə üz-üzə gələcək. 1/8 final mərhələsi çərçivəsində baş tutacaq görüş avqustun 7-si Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.