2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. SİA xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Belə ki, 31 iyul–5 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə etmişdi.
Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.