Qazlı su susuzluğu yatırtmaq üçün nəzərdə tutulmuş su növüdür. Əksər insanlar bu suyu adi içməli sudan daha üstün tutur. Ancaq bu suyu hər zaman içmək olarmı? SİA elmi araşdırmalara istinadən bildirir ki, qazlı sular insan orqanizminə faydalıdır. Əvvəlcə içməli və qazlı su arasındakı fərqi müəyyənləşdirsək, bəlli olar ki, adi suda sərtlik dərəcəsi, mineral və karbon qazı mövcuddur. Qazlı su isə karbon qazı əlavə edilmiş sudan başqa bir şey deyil. Karbon qazı təbii olaraq adi suda ola bilər. Bu halda o, təbii su olaraq təyin olunur və ya müxtəlif üsullarla suya süni şəkildə əlavə edilə bilər. Süni növlər daha yüksək cızıltı dərəcəsinə malikdir. Belə ki, qazlı və qazsız suyun tərkibi bir-birindən fərqlənmir. Əgər siz qazlı suyun dadına üstünlük verirsinizsə, onu nuşicanlıqla içə bilərsiniz. Amma mağazadan alırsınızsa, çalışın tərkibi doymamış CO2 sularına üstünlük verin.
Qeyd edim ki, qazlı su içmək problem yaratmır. Əksinə, bu suyun bir sıra üstünlükləri də var. O, təravətləndirir və daha dadlıdır. Bir çox insanlar qeyd edirlər ki, qazlı su susuzluğu qazsız sudan daha yaxşı yatırır. Bu, dildə və damaqda mövcud olan dad reseptorlarının daha çox stimullaşdırılması səbəbindən baş verir. Bundan əlavə, qazlı su həzm və sidik yollarını bakteriya və toksinlərdən daha effektiv şəkildə təmizləyir. Karbon qazının olması suyun pH səviyyəsini də azaldır ki, bu da onun mikrobioloji təhlükəsizliyini artırır. Ona görə də susuzluğu qazlı su ilə yatırmağa üstünlük verənlərə bildirmək istəyirəm ki, qazlı suyun orqanizm üçün zərərli olması ilə bağlı fərziyyəni təsdiqləyən heç bir elmi dəlil yoxdur.
Bununla belə, bəzi istisnalar var. Qazlaşdırılmış mayelərdən həzm sistemi xəstəliklərindən əziyyət çəkən insanlar tərəfindən istifadə olunmaması məsləhətlidir. Suda qazın miqdarı çox yüksək olarsa, mədə və bağırsaq xəstəlikləri olan insanlar şişkinlik hiss edər, vəziyyəti daha da pisləşdirə bilər.
Hər kəsə dadına görə su seçməyi tövsiyyə edərdim. Bununla belə, ətirli mayelər ən yaxşı seçim deyil. Çünki onlar şirinləşdirilir və tərkibində süni konservantlar var. Adi mineral suya bir dilim limon sıxıb nanə yarpağı əlavə etmək daha yaxşıdır. Bu üsulla hazırlanmış adi, qazsız suyu məncə daha çox bəyənərsiz.
Müəllif: Gülnara Nəriman