"Yalı çapkını”nın ulduzları evlənir

6 Avqust 2024 07:40 (UTC+04:00)

"Yalı çapkını” serialının ulduzları Beril Pozam və Ersin Arıcı evlənir. SİA “Takvim” nəşrinə istinadən xəbər verir ki, ekran işinin çəkilişi zamanı tanış olan cütlük avqustun 19-da nikah masasına oturacaq.

Bildirilib ki, təxminən 1,5 ildir gözlərdən uzaq eşq yaşayan Beril və Ersin sadə toy mərasimi keçirəcəklər. Qeyd edək ki, Pozam serialda “Suna”, Arıcı isə “Abidin” obrazını canlandırır.