Banqladeşdə aksiyalarda 70 nəfər həyatını itirib

5 Avqust 2024 15:09 (UTC+04:00)

Banqladeşdə bazar günü fəallarla hüquq-mühafizə orqanları arasında baş verən qarşıdurmada 70 nəfər həyatını itirib. SİA xəbər verir ki, yüzlərlə insan isə yaralanaraq xəstəxanalara aparılıb. Baş nazir bildirib ki, aksiyada iştirak edənlərin hamısına “cinayətkar” kimi baxılacaq.

Qeyd edək ki, Hakim Avami Liqası partiyasının rəsmiləri də Şeyx Hasinanın istefasını tələb edən etirazçıların arxasında müxalifətdə olan Banqladeş Milliyyətçi Partiyası (BNP) və qadağan olunmuş Camaat-i İslam hərəkatının ola biləcəyini düşünür.

Hökumət aksiyaların qarşısını almaq üçün ehtiyat tədbiri olaraq bazar günündən çərşənbə gününə qədər üç günlük tətil elan edib. Bundan əlavə, “Facebook” və “WhatsApp” daxil olmaqla, bütün sosial media platformalarına giriş məhdudlaşdırılıb, mobil internet şəbəkəsi isə dayandırılıb.