Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən SİA-ya verilən məlumata görə, bu ilin iyul ayı ərzində Bakı şəhəri üzrə 29 aptekdə yoxlama aparılıb, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.
Aparılan yoxlamalar nəticəsində 5 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.