İsrailin ordu rəhbərləri İrana görə bir araya toplaşdı - HÜCUM BAŞLAYIR?

5 Avqust 2024 11:16 (UTC+04:00)

İsrail Həmas lideri Haniyənin öldürməsindən sonra İrandan cavab gözləyir. İranın qabaqlayıcı zərbə endirəcəyi iddia edilərkən, İsrailin baş naziri Netanyahunun ordu liderləri ilə keçirdiyi görüşdə bu məsələ ilə bağlı qərar verdiyi bildirilib. SİA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

Qəzet yazıb ki, İsrailin baş naziri Benyamin Netanyahunun avqustun 4-ü axşam ordu və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüş keçirib. Görüşdə İsrail generalı, müdafiə naziri Yoav Qalant, Qərargah Herzi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Barın da iştirak etdiyi bildirilir.

ABŞ Dövlət Katibi Antoni Blinken G7 xarici işlər nazirlərinə İran və Hizbullahla bağlı deyib ki, növbəti 24 saat ərzində İran İsrailə hücum edə bilər. Əvvəllər ABŞ və İsrail rəsmilərinin İranın avqustun 5-i bazar ertəsi günü İsrailə hücum edəcəyinə inandıqları vurğulansa da, ABŞ rəsmiləri İranın cavab hücumunun apreldə olduğu kimi eyni ssenari əsasında, lakin daha əhatəli olacağını gözləyirlər.