ABŞ-ın Kaliforniya ştatında 2016-cı ildən keçirilən “Dünya Dog Surfing Çempionatı” maraqlı görüntülərə ev sahibliyi etməklə böyük diqqət çəkir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu il müxtəlif kateqoriyalar üzrə keçirilən və təlim keçmiş sörfçü itlərin iştirak etdiyi yarışlarda “Şəkər” adlı iştirakçı da iştirak edib. Orta ölçülü itlər seriyasında yarışan "Şəkər" tutduğu dalğada bacarığını nümayiş etdirib. Tədbir xeyriyyə təşkilatları üçün vəsait toplayır.