“Debi” fırtınası ABŞ sahillərinə yaxınlaşır

4 Avqust 2024 21:34 (UTC+04:00)

“Debi” tropik fırtınası Meksika körfəzi vasitəsilə ABŞ sahillərinə yaxınlaşır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Qasırğa Mərkəzi yerli vaxtla avqustun 4-ü axşam saatlarında fırtınanın qasırğaya çevriləcəyini açıqlayıb. Hazırda “Debi” fırtınasının sürəti saatda 105 km-dir. Fırtınanın daha çox Florida, Corciya və Cənubi Karolina ştatlarını əhatə edəcəyi gözlənilir. Proqnozlara əsasən, qasırğa avqustun 5-i səhər saatlarında formalaşacaq. Florida və Corciya ştatlarının rəhbərliyi əhalini qasırğaya hazırlıqlı olmağa çağırıb.