Hollivud ulduzu xəstəxanalıq olub

4 Avqust 2024 16:17 (UTC+04:00)

Hollivud ulduzu Zak Efron İbizadakı villalardan birində istirahət edərkən xəstəxanalıq olub. SİA xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.

Məlumata görə, Zak Efron villa işçiləri tərəfindən hovuzda özündən getmiş halda tapılıb.

Hadisənin təfərrüatı açıqlanmasa da, aktyorun xəstəxanaya yerləşdirildiyi bildirilib.

Daha sonra sənətçinin nümayəndəsi onun ehtiyat tədbiri olaraq xəstəxanaya aparıldığını açıqlayıb. Aktyorun artıq evə buraxıldığı və özünü yaxşı hiss etdiyi qeyd olunub.