Çində torpaq sürüşməsi olub - 4 nəfər ölüb, onlarla insan itkin düşüb

4 Avqust 2024 14:11 (UTC+04:00)

Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib, 23 nəfər isə itkin düşüb. SİA “Xinxua” agentliyinə istinadən xəbər verir ki, Sıçuan əyalətində tüğyan edən sel nəticəsində bölgədə bir körpü uçub, bəzi binalara ziyan dəyib.

Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü, 23 nəfərin itkin düşdüyünü təsdiqləyib.

Genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bölgədən 939 nəfər təxliyə olunub.