Türkiyədə ardıcıl 2 dəfə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, 3,9 maqnitudada birinci zəlzələ Boluda yerli vaxtla saat 7:31-də qeydə alınıb. Bunun ardınca Çukurren kəndinin mərkəzində 3,1 maqnitudada afterşok olub. Zəlzələ hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.