Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

4 Avqust 2024 09:34 (UTC+04:00)

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə SİA-ya Nərimanov rayon Prokurorluğundan bildirilib.

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.