"HƏMAS" İsrailə hücumun səhv olduğunu etiraf edir

4 Avqust 2024 01:16 (UTC+04:00)

...Fələstinin radikal “HƏMAS” hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücumun səhv olduğunu anlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Economist-ə hərəkatda yaxşı mənbələri olan jurnalist Məhəmməd Daraqmeh bildirib.

...“HƏMAS” liderləri başa düşürlər ki, oktyabrın 7-si səhv hesablama idi.

Bunu Fələstinli müxbir bildirib.

Nəşr bu bəyanatın iyulun 31-də “HƏMAS” Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən az sonra verildiyinə diqqət çəkir.

Əvvəllər Misir və Qətər Haniyyənin ölümündən sonra İsraillə danışıqları dayandırıblar və hazırda əlaqələr tamamilə kəsilib. Qəzza zolağında və onun hüdudlarından kənarda “HƏMAS” liderləri arasında qəzəb, vasitəçilər arasında məyusluq var.

Əli Babayev