Yarımadada partizan hərəkatlarını axtaran komissiya gəlib...

4 Avqust 2024 01:04 (UTC+04:00)

...Rusiya qoşunları sanatoriyanın ərazisində Federal Təhlükəsizlik Xidməti məntəqəsi yaradıblar. Məntəqə, Yaltada yerləşir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “ATEŞ” partizan hərəkatının Telegram kanalı xəbər verir.

Belə ki, “ATEŞ” agentləri işğalçıların hərəkətlərini izləməkdə davam edirlər.

...Məlum oldu ki, ruslar Yaltada “Çernomorye” sanatoriyasında Federal Təhlükəsizlik Xidməti nəzarət mərkəzi yaradıblar. Ərazidə 50-yə qədər hərbçi və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının 15-ə yaxın texnikası qeydə alınıb.

Mövcud məlumata görə, Moskvadan yarımadada partizan hərəkatlarını axtaran komissiya gəlib.

Əli Babayev