...Rusiya prezidenti Vladimir Putin əvvəlcə uğursuzluğa düçar olmuş Qərb sanksiyalarını uğurla dəf etdi.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Judging Freedom YouTube kanalına müsahibəsində ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Toni Şaffer bildirib.
“RİA Novosti” xəbər verir ki, keçmiş hərbçinin sözlərinə görə, Qərbin Rusiyaya qarşı tədbirləri iflasa uğrayıb, Putin onları uğurla dəf edib, Almaniyanın başçılıq etdiyi Avropa ölkələri sanksiyalardan əziyyət çəkib.
O, həmçinin vurğulayıb ki, rusların “fəaliyyətlərinin trayektoriyasını” dəyişməyə həvəsi yoxdur.
Bundan əvvəl Böyük Britaniyanın Moskvadakı keçmiş səfiri Entoni Brenton demişdi ki, hazırda Qərbin anti-Rusiya sanksiyaları səmərəsizdir, Rusiya iqtisadiyyatı Britaniyadan daha sürətlə inkişaf edir.
Əli Babayev