ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahı Respublikaçılar Partiyasının namizədi Donald Trampın sentyabrın 4-də Fox News telekanalında debat keçirmək təklifindən imtina edib.
...O, oyun oynamağı dayandırmalı və söz verdiyi kimi sentyabrın 10-da debata gəlməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Demokratlar sosial media X-də yazıblar.
Harrisin qərargahı tərəflərin daha əvvəl əldə etdiyi razılaşmalara əməl etməyə çağırıb. Kampaniya komandası hesab edir ki, Tramp qorxusundan respublikaçılara yaxın olan Fox News-da debat keçirməyə qərar verib.
Xatırladaq ki, debat sentyabrın 10-da ABC telekanalında ABŞ prezidenti Cozef Baydenin iştirakı ilə baş tutmalı idi. Lakin prezidentlik yarışından geri çəkildikdən sonra Tramp razılaşmaların əhəmiyyətsizliyindən danışıb.
Əli Babayev