Xəzər dənizindən 1 tondan artıq tullantı yığılıb - FOTOLAR

3 Avqust 2024 15:56 (UTC+04:00)

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya avqustun 3-də Xəzər dənizinin Novxanı sahilində keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının, Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin nümayəndələrinin, “Təmiz Şəhər” ASC-nin, “AzərGold” QSC-nin, “NARGİS” jurnalının, “Araz” supermarketlər şəbəkəsinin, “ASAN” könüllülərin və ekokönüllülərin iştirak etdiyi aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb.

Bildirilib ki, təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunmasına nail olmaqdır.