Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk bildirib ki, Rusiya Federasiyası və Suriya Ərəb Respublikası Silahlı Qüvvələri Hələb əyalətində Kobani bazasını yerləşdirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya və Suriya hərbçiləri dəstək bazasının yerləşdirilməsini başa çatdırıblar.
İqnasyuk vurğulayıb ki, hazırda tərəflər arasında hərbi əməliyyatların dayandırılmasına riayət olunmasına nəzarət edilir.
Bundan əvvəl İqnasyuk ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın iki MQ-9 Reaper pilotsuz təyyarəsinin Suriyada Rusiya Aerokosmik Qüvvələrinin Su-24 bombardmançılarına təhlükəli şəkildə yaxınlaşdığını bildirib.
İyulun 3-də koalisiyaya məxsus “Tayfun” qırıcısı Suriyanın Homs əyalətində yerləşən Əl-Tanf bölgəsi üzərində Rusiya Aerokosmik Qüvvələrinə məxsus An-30 təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.
İyunun 27-də məlum olub ki, Suriyanın Homs əyalətinin Es-Suxneh kəndi üzərində koalisiyanın MQ-9 Reaper pilotsuz uçuş aparatı və Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-35 təyyarəsi toqquşmadan qurtulublar.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Suriyadakı insidentdən sonra ABŞ-la təmasları istisna etmişdi.
Əli Babayev