İsrail Suriyadakı "Hizbullah" bazalarına hücum edir

3 Avqust 2024 01:44 (UTC+04:00)

İsrail Hərbi Hava Qüvvələri Suriyada “Hizbullah” hərəkatının bazalarına üç reyd keçirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İsrail təyyarələrinin Suriyanın qərbindəki Homs əyalətinin Kuseyr şəhəri yaxınlığında zərbələr endirdiyi iddia edilir.

Yer hədəflərinə endirilən zərbələrdən sonra onların yerində yanğınlar yaranıb.

İsrail Hərbi Hava Qüvvələri Suriya və Livan sərhədində yerləşən Seyid Əli kəndinə də hücum edib

Hücum nəticəsində ölənlər barədə məlumat hələ ki, məlum deyil.

Bundan əvvəl “Hizbullah” İsrailə bir neçə raket atmışdı.

Bu, İsrail Müdafiə Qüvvələrinin Beyrutun kənarında “Hizbullah” komandirlərindən biri Fuad Şükrün ölümü ilə nəticələnən zərbəsinə cavab idi.

Əli Babayev