Tuareglər "Vaqner" PMC-nin ölən əsgərlərinin sayını açıqladılar

2 Avqust 2024 22:08 (UTC+04:00)

Malinin şimalında gedən döyüşlər nəticəsində “Vaqner” özəl hərbi şirkətinin 84 əsgəri və 47 hökumət əsgəri həlak olub. Bu barədə Tuareglərin “Sülh, Təhlükəsizlik və İnkişaf üçün Daimi Strateji Çərçivə” üsyançı qrupunun nümayəndələri bildiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, onların sözlərini Bloomberg agentliyi yayıb.

...Malinin şimalında hökumət əleyhinə qrupların koalisiyası olan Azavad xalqının müdafiəsi üçün strateji çərçivə üç gün davam edən döyüşlərdə Rusiyanın “Vaqner” yarımhərbi qruplaşmasının 84 muzdlusu və 47 Mali əsgərinin öldürüldüyünü bildirib.

Bunu agentlik qeyd edib.

Eyni zamanda, material müəllifləri şərh üçün Mali silahlı qüvvələrinə də müraciət ediblər.

Amma onlar hər hansı şərh verməkdən imtina ediblər.

Əli Babayev