Moldovaya Ukrayna yolunu təkrarlamamaq barədə xəbərdarlıq..?

2 Avqust 2024 22:23 (UTC+04:00)

...Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moldovaya Ukrayna yolunu təkrarlamamaq barədə xəbərdarlıq edib.

“VKontakte” səhifəsində o, diqqəti Moldova parlamentinin spikeri İqor Qrosunun 1946-47-ci illərdəki aclığı soyqırım kimi tanımaq planları ilə bağlı bəyanatına yönəldib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Medvedev qeyd edib ki, “tarixi və sağlam düşüncəni bu şəkildə ələ salmaq” üçün ikiüzlü olmaq lazımdır.

Sədr müavini qeyd edib ki, II Dünya müharibəsi başa çatdıqdan sonra SSRİ-nin iqtisadiyyatı ağır vəziyyətdə idi: əmək qabiliyyətli kişi əhalinin sayı 1931-ci il səviyyəsinə düşüb, kənd təsərrüfatının ümumi məhsulu 409 faiz azalıb. Bundan başqa, SSRİ-nin Avropa hissəsinin bir sıra rayonlarında şiddətli quraqlıq, şərqdə isə uzunmüddətli yağışlar müşahidə olunub. Nəticədə 1940-cı illə müqayisədə 1947-ci ildə taxıl yığımı 20 milyon ton azalıb.

Əli Babayev