Türkiyə Efiopiya ilə Somali arasındakı gərginliyə son qoymaq üçün vasitəçilik səylərini davam etdirir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu çərçivədə xarici işlər naziri Hakan Fidan sabah Efiopiyaya səfər edəcək.
Diplomatik mənbələrin yaydığı məlumata görə, nazir Hakan Fidan səfər çərçivəsində Efiopiyanın Baş naziri Abiy Əhməd Əli və xarici işlər naziri Taye Selassie ilə görüşəcək.
Hakan Fidanın Efiopiyaya səfəri çərçivəsində ikitərəfli əlaqələr, Somali ilə barışıq prosesi və regional məsələlərlə bağlı danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, Hakan Fidan 1 ay əvvəl Efiopiya və Somali xarici işlər nazirlərini Türkiyədə qəbul etmişdi.