SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
“Roma” 27 yaşlı ukraynalı mərkəz hücumçunun transferi üçün La Liqa təmsilçisi “Jirona” ilə razılığa gəlib.
Artyom 11 nömrəli formanı geyinəcək və “Roma”nın tarixində ilk ukraynalı olacaq.
Qeyd edək ki, istedadlı sol ayaq oyunçusu olan Artyom 2023/2024 mövsümündə 36 matçda 24 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə ilə La Liqanın bombardiri olub.