Nijni Tagildə evin dağıntıları altında ölənlərin sayı 7 nəfərə çatıb

2 Avqust 2024 19:56 (UTC+04:00)

Nijni Tagildə yaşayış binasında baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Xilasedicilər dağıntılar altından insan meyitləri çıxarıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları uçan tikililərin sökülməsini davam etdirirlər.

Evin daha üç sakininin taleyi naməlum olaraq qalır. Ümumilikdə - bu, Səhiyyə Nazirliyinin məlumatıdır - 20 nəfər yaralanıb və xəsarət alıb, onlardan 9-u uşaqdır.

10 yaralı xəstəxanalarda qalır. Həkimlər beş nəfərin vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı cinayət işi açılıb. İlkin versiyaya görə, faciəyə səbəb qaz avadanlıqlarının nasazlığı və ya onun istismarının pozulması ola bilər.

Əli Babayev