ABŞ-ın Maliyyə Nazirliyi Moskva Birjasının, Milli Hesablaşma Depozitarının və Milli Klirinq Mərkəzinin tam bloklanmasını təxirə salıb. Onlarla sövdələşmələrə oktyabrın 12-dək icazə verilir. Əvvəllər məhdudiyyətlərin tətbiq olunma tarixi avqustun 13-ü idi.
SİA-nın əldə etdiyi məlumata görə, Vaşinqton iyun ayında Moskva birjasına qarşı sanksiyalar tətbiq edib. Moskva birjası qrupuna daxil olan Milli Hesablaşma Depozitarisi və Milli Klirinq Mərkəzi də sanksiya siyahısına daxil edilib.
Lakin sonradan ABŞ NCC ilə neft, neft məhsulları, qaz və digər enerji resursları ilə bağlı əməliyyatlara bu ilin noyabrın 1-dək icazə verib.
Ekspertlərin qeyd etdiyi kimi, Vaşinqton Moskva birjasına qarşı sanksiyalar tətbiq edərkən ilk növbədə valyuta bazarına zərbə endirməyi planlaşdırırdı.
Bununla belə, Birləşmiş Ştatlar yəqin ki, bu cür məhdudiyyətlərin çoxlu sayda digər ölkələrə təsir edəcəyini anlayıb.
İdndialara görə, əticələr ABŞ-ın özünə də təsir edə bilər.
Əli Babayev