Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, AFFA-dan verilən məlumata görə, o, bundan sonra UEFA-nın Məşqçi kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.
AFFA mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.