...Fransa Xarici İşlər Nazirliyi bu gün, avqustun 2-də, hələ də İranda ola biləcək həmvətənlərini İsrail və Tehran arasında hərbi gərginliyin artması riski səbəbindən mümkün qədər tez olaraq ölkəni tərk etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “European Truth” yayıb.
Fransa Xarici İşlər Nazirliyi İrana səfərlə bağlı tövsiyələrində bütün ölkənin “qırmızı” zonada olduğunu xatırladıb.
... Fransa vətəndaşlarına rəsmi olaraq hər hansı səbəbdən İrana səfər etməkdən çəkinmələri tövsiyə olunur,- deyə əlavə edib və həmvətənlərini də hər hansı nümayişlərdən uzaq durmağa çağırıb.
Fransa Xarici İşlər Nazirliyi bu tövsiyədən təsirlənə biləcək fransızların sayını dəqiqləşdirmir.
Bu həftə Fələstinin İslamçı “HƏMAS” hərəkatının siyasi lideri İsmayıl Haniyə Tehranda qətlə yetirilib. İran və onun Livandakı müttəfiqi “Hizbullah” İsraili bu qətldə günahlandırıb.
Əli Babayev