7 milyona dirilmə

2 Avqust 2024 17:09 (UTC+04:00)

Avropanın ilk insan dondurma laboratoriyası müştəriləri qəbul etməyə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Tomorrow Bio" adlı bir alman şirkəti 170 min lirə (təxminən 7 milyon TL) qarşılığında insanları həyata qaytaracağını vəd edir.

Şirkət dondurma texnologiyasından istifadə edir. İddia edilir ki, texnologiya kifayət qədər inkişaf edərsə, gələcəkdə insanların yenidən dirilməsi ehtimalı var. Artıq 650 nəfər qeydiyyatdan keçib. 2020-ci ildə qurulan şirkət artıq altı nəfəri və beş ev heyvanını dondurub. Bütün bədəni və ya sadəcə beyni dondurmaq üçün variantlar var. Təkcə beyinin dondurulması proseduru 63 min funta başa gəlir. Bədənlər maye azotda dondurulur.