Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdelhaleem Mahmud Mohammed Qərbi azərbaycanlıların üzləşdiyi deportasiyalar və geri qayıtmaq hüquqları barədə məlumatlandırılıb. SİA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar "X" hesabında bildirib.
"Ermənistandakı dədə-baba yurdumuza sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə qayıtmaq arzumuzu vurğuladım, həmçinin 2024-cü ilin mayında İƏT-in Banjul Sammitində Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı qərara verdiyi dəstəyə görə Sudana təşəkkür etdim. Diplomatı icmamıza dəvət etdim və tezliklə Qərbi Azərbaycan Televiziyasında onunla müsahibəmiz olacaq”,- o, paylaşımında qeyd edib.