Birinci vitse-prezident Mehriban Əliyeva Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

2 Avqust 2024 11:57 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Cüdoçu Zelim Kotsoyev Paris Yay Olimpiya Oyunlarında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! İdmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.