Seçkilərdə ödənişli əsaslarla təşviqat üçün MSK-ya müraciət edən media subyektlərinin sayı açılqanıb

1 Avqust 2024 16:55 (UTC+04:00)

Parlament seçkilərində iştirak edən namizədlərə ödənişli əsaslarla təşviqat üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 54 media subyekti müraciət edib. SİA xəbər verir ki, bunu Komissiyasının bu gün keçirilən iclasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, bütün namizədlərə bərabər şəraitin yaradılması üçün addımlar atıb: “Məlumatlar bu gün MSK-nın internet səhifəsində yerləşdiriləcək”.