Şuşada Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclası keçirilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"BƏƏ-nin iqtisadiyyat naziri, həmkarım Abdulla Bin Touq Al Marri ilə birlikdə Şuşada Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının 9-cu iclasında iştirak etdik. Ölkələrimizin dayanıqlı inkişafı istiqamətində iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, investisiya yatırımlarının artırılması, "yaşıl enerji"yə keçidin təmin edilməsi sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd etdik və COP29 çərçivəsində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Azərbaycan-BƏƏ iqtisadi tərəfdaşlığının güclənməsi üçün yeni fürsətlər yaradan və səmərəli müzakirələrlə yadda qalan iclasın bütün iştirakçılarına təşəkkür edirəm", - deyə o qeyd edib.