Bu günədək Pirallahı Sənaye Parkına 41 milyon manatadək investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) SİA-ya verilən məlumata görə, mövcud layihələr üzrə əlavə olaraq 76 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
İnvestisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə Sənaye Parkının rezidentliyi statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. İndiyədək Sənaye Parkında 53 milyon manatlıq məhsul satışı həyata keçirilib.