Hakan Fidan İran rəsmisi ilə regional vəziyyəti müzakirə etdi

1 Avqust 2024 02:04 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN-nin mətbuat xidmətinin rəhbəri Öncü Keçeli "X" səhifəsində yazıb. O bildirib ki, tərəflər HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra baş verən proseslər və regional vəziyyəti müzakirə ediblər.