...Avtomobil idarə edərkən başınız ağrıyırsa və görmə qabiliyyətiniz qəfil pisləşirsə, dərhal dayanmalısınız, çünki bu, insult əlaməti ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, nevroloq və neyrofizioloq Olqa Qaponova bu barədə Gazeta.ru-ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, insultun ilkin mərhələlərində bədənə ilkin ziyanın nə qədər şiddətli olmasından və beynin hansı sahələrinin artıq təsirləndiyindən çox şey asılıdır.
Bu səbəbdən bir çox insanda simptomlar fərqli olacaq.
...Bir insan sadəcə bədənin bir tərəfində yüngül zəiflik hiss edə bilər, digəri isə qəflətən danışmaq və görməkdə çətinlik çəkə bilər.
Həkim insultun ən ümumi simptomlarını mümkün qədər tez müəyyən etmək üçün FAST testindən istifadə etməyi tövsiyə edir.
Əvvəlcə gülümsəməyə çalışın və sonra hər hansı bir asimmetriya olub olmadığını görün. Bundan sonra iki əlinizi yuxarı qaldırın və yüksək səslə bəzi sadə ifadələri deməyə başlayın. Əgər bu sizin üçün qeyri-mümkün bir işə çevrilirsə, dərhal həkimdən kömək istəməli və təcili yardım çağırmalısınız.
İnsultun digər əlamətləri: qəfil şiddətli baş ağrısı, dumanlı şüur, bulanıq görmə, hər hansı hissin itməsi və ya kütləşməsidir...
Nazlı Almuradova