Birbank Biznesdən “Maestro” tarifi istifadəçilərinə özəl hədiyyələr

31 İyul 2024 16:06 (UTC+04:00)

Birbank Biznes bu dəfə “Maestro” tarifinin istifadəçisi olacaq biznes sahiblərini sevindirir. Belə ki, ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Maestro” tarifinə qoşulan müştərilər xüsusi hədiyyələr qazanmaq şansı əldə edəcək. Bu fürsətdən yararlanmaq istəyən sahibkarlar “Maestro” paketi daxilində ən azı 2 fərqli əməliyyat dövriyyəsi almalı və dövriyyənin ümumi həcmi 500 AZN dən az olmamalıdır. 30 iyul-30 avqust 2024-cü il tarixləri ərzində “Maestro” tarifinə qoşulan və sözügedən şərtlərə cavab verən hər 25-ci biznes sahiblərinə Premium kartlar hədiyyə olunacaq. Ən yüksək dövriyyə alan 3 müştəri isə Kapital Bankdan qızıl hədiyyə qazanacaq.

Kampaniyadan yararlanmaq və ətraflı məlumat üçün: https://kbl.az/bbprmyk

Xatırlaq ki, Birbank Biznes-in əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən qənaətcil məhsulu “Maestro” biznes sahibləri üçün çox sərfəlidir. Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər. Maestro tarifinə qoşulan hər bir sahibkar standart tariflərlə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlana bilər.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.