“Azərbaycan ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha təsdiq edəcək“ - DEPUTAT DANIŞDI

31 İyul 2024 13:59 (UTC+04:00)

“Bu gün dünya gündəminin ən aktual məsələlərindən biri də COP29 beynəlxalq konfransının keçirilməsi və iqlim dəyişkliklərə qarşı mübarizədə nəticələrə nail olunmasıdır. BMT-nin bəyan etdiyi Davamlı inkişaf Məqsədlərinə qoşulan Azərbaycan milli səviyyədə özünün ekoloji siyasətinin konkret hədəflərini müəyyənləşdirib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, COP29 tədbirinə ev sahibliyi etməyin məsuliyyətini öz üzərinə götürməklə Azərbaycan iqlim dəyişikliklərə qarşı mübarizəyə həssas yanaşmasını bir daha nümayiş etdirib: “Azərbaycan BƏƏ-dən sonra bu estafetini öz üzərinə götürərək çox ciddi hazırlıq prosesinə başlamışdır. Düzdür, belə beynəlxalq əhəmiyyətli tədbirılərin keçirilməsi üçün zaman çox lazım olur. Amma COP29 -un keçirilməsi üçün vaxt məhduidiyyətliyi var və cəmi bir il ərzində Azərbaycan bu dünya səviyyəli tədbirin keçirilməsinə hazır olmalıdır. Bu gün COP29-a hazırlıq çox yüksək səviyyədə təşkil olunub. BMT Azərbaycanda COP hazırlıqlarını yüksək qiymətləndirib. Belə ki, dövlət başçımızın tapşırığı ilə yüksək səviyyəli təşkilat komitəsi yaradılmışdır. Təşkilat komitəsi COP29-a hazırlıqla bağlı məsələləri müzakirə etməklə yeni vəzifələr müəyyənləşdirir və hazırlıq prosesinə nəzarət edir. COP tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə Troyka yaradıılmışdır. Troykaya daxil COP28, COP29 və COP30-a ev sahib ölkələrin birgə təcrübə mübadiləsi ilə konfranslar yüksək səviyyədə təşkil olunur. O cümlədən COP29 prezidenti Muxtar Babayevin rəhbərliyi altında müvafiq qrup bir çox ölkələrdə konfranslar keçirir və keçirəcəyimiz tədbirlə bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılır. COP 29-la bağlı ölkə daxili hazırlıq prosesi də yüksək səviyyədə və sürətli şəkildə aparılır. Bakımız hər gün dəyişilir. Azərbaycan dünya liderlərini və on minlərlə qonalqları qarşılamağa hazırlaşır. Ölkəmizin yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübıəsi var. Amma COP29-u keçirməklə ölkəmiz yeni bir tarix yazacaqdır. Həm də ölkəmiz beynəlxalq tədbirlərə ad üçün ev sahibliyi etmir. Biz həm də beynəxlalq tədbirləri keçirməklə həmin beynəlxalq təşkilatın işinə yeniliklər gətiririk. Belə ki, COP29 -un gündəliyi çox zəngindir və dünyada baş verən iqlim dəyikliklərə qarşı mübarizədə həmrəyliyin yaradılmasına hədəflənmişdir. Bu beynəlxalq konfransın gündəliyində müzakirə olunan mövzulardan biri də inkişaf etməkdə olan ada ölkələrinə iqlim dəyişiklikləri ilə bağlı yardımların edilməsi üçün maliyyə fondunun yaradılmasıdır. Dünyada iqlimin istiləşməsi nəticəsində okeanların suyunun səviyyəsi yüksəlir və nəticədə ada dövlətlərin suyun altında qalmaq təhlükəsi günü-gündən artmaqdadır. Bu baxımdan COP29 -da maliyyənin yaradılması çox vacib məsələdir. Həm də COP29-da müzakirə olunacaq məsələlərdən biri də qazıntı yanacağı olan ölkələrin ittiham edilməsinə son qoyulması ilə bağlı çağırışlar olacaqdır. Təbii ki, qazıntı yanacağı olan ölkələr əldə etdikləri gəlirlərin bir hissəsini bərpa olunan enerji sektotrunun inkişaf etdirlməsinə yönəldilməlidir. Bu baxımdan Azərbaycan bərpaolunan enerji sektorunun inkişaf etdirilməsində öncül yerdədir. Yəni bu kimi məsələlər COP29-da müzakirə olunmaqla dünyada iqlim dəyikliklərəinə qarşı mübarizədə ümumi qlobal həmrəyliyin əldə olunacağını hesab edirəm. Azərbaycan COP29-u yüksək səviyyədə keçirməklə dünyada ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha təsdiq edəcəkdir”.