"Həkimlərimizi tanıyın!" rubrikamızda həkim-funksionalist Gülər Miriyevanı təqdim edirik

31 İyul 2024 10:36 (UTC+04:00)

"Həkimlərimizi tanıyın!" rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının funksional diaqnostika sahəsində çalışan, neyrofizioloji tədqiqatlar üzrə yüksəkixtisaslı həkim-funksionalist Gülər Miriyevanı təqdim edirik. DR.GÜLƏR MİRİYEVA Mərkəzi Gömrük Hospitalında beynin funksional aktivliyini müəyyən edən epilepsiya diaqnostikasını, Elektroensefaloqrafiya, Elektroneyromioqrafiya, əzələ və periferik sinirlərin müayinəsini, birincili əzələ patologiyası olan miopatiyanı, ikincili nevral patologiyaların müayinəsi ilə məşğul olur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/guler-miriyeva/ Dr. Gülər Miriyeva 1972-1978-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 1978-1979-cu illərdə 1 saylı şəhər xəstəxanasında ümumi terapiya ixtisası üzrə internatura keçmişdir. Dr.Gülər Miriyeva 1979-2011-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-funksionalist kimi çalışmış, 2011-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-funksionist kimi fəaliyyət göstərir. Xəstəliklərin erkən diaqnostikasında eləcə də diaqnozun təsdiqlənməsində funksional diaqnostikanın mühüm əhəmiyyəti vardır. Funksional diaqnostika ilə məşğul olan həkimlərin xüsusilə yüksək peşəkarlığa və geniş məlumata sahib olmaları müalicənin effektiv davam etdirilməsi üçün vacib nüanslardandır. Bu baxımdan Dr.Gülər Miriyeva elektroensefaloqrafiya (EEQ) və elektroneyromioqrafiya (EMQ) müayinələri üzrə özünü xüsusilə təkmilləşdirmiş və nevroloji xəstəliklərin erkən diaqnostikası üzrə yüksəkixtisaslı mütəxəssislərdən birinə çevrilmişdir.

Dr.Gülər Miriyeva hər zaman öz üzərində çalışır, daim tibbi yenilikləri diqqətlə izləyir və müalicə zamanı sübutlu təbabət prinsiplərinə əsaslanaraq peşəkar fəaliyyət göstərir. Uzun illər ərzində o əldə etdiyi geniş təcrübəni hər bir xəstəyə fərdi yanaşma tətbiq edərək istifadə edir və xəstələrin ən qısa müddət ərzində şəfa tapması üçün yorulmadan çalışır. O, daim beynəlxalq elmi tədbirdə, təkmilləşdirmə kurslarında, konfrans və konqreslərdə iştirak edir.

Həkimin qəbuluna yazlımaq üçün Çağrı Mərkəzinin (012) 404-08-08 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.