"Fənərbağça" əzmkar qələbə ilə növbəti mərhələyə adladı

31 İyul 2024 05:30 (UTC+04:00)

Türkiyənin “Fənərbağça” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxıb. SİA xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 4:3 hesabı ilə qalib gəldiyi İsveçrənin “Luqano” komandasını doğma meydanda qəbul edib.

Qarşılaşma "sarı-lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Joze Mourinyonun komandası növbəti mərhələyə vəsiqəni təmin edib. "Fənərbağça" III raundda Fransanın “Lill” kollektivi ilə üz-üzə gələcək.