"Paris-2024": Azərbaycanın basketbol millisi ilk oyununu keçirib

31 İyul 2024 01:13 (UTC+04:00)

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi "Paris-2024" Yay Olimpiya Oyunlarında ilk oyununa çıxıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yığma İspaniya seçməsi ilə üz-üzə gəlib. Gərgin və maraqlı keçən görüş rəqibin 18:16 hesablı qələbəsi ilə yekunlaşıb.