Çempionlar Liqası: ”Fənərbağça” İsveçrə klubuna qalib gəlib

30 İyul 2024 23:37 (UTC+04:00)

Türkiyənin “Fənərbağça” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

SİA xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 4:3 hesabı ilə qalib gəldiyi İsveçrənin “Luqano” komandasını doğma meydanda qəbul edib.

Qarşılaşma "sarı-lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Joze Mourinyonun komandası növbəti mərhələyə vəsiqəni təmin edib.

"Fənərbağça" III raundda Fransanın “Lill” kollektivi ilə üz-üzə gələcək.