Şimali Kipr Qırğızıstanda nümayəndəsini təyin edib

30 İyul 2024 06:10 (UTC+04:00)

Tahir Osman Tahir avqustun 1-dən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bişkekdəki nümayəndəsi vəzifəsinin icrasına başlayacaq. SİA xəbər verir ki, bu barədə ŞKTC parlamentinin sədri Zorlu Töre bildirib.

Parlament sədri Qırğızıstanı ən nüfuzlu türk dövlətlərindən biri adlandırıb və iki ölkə arasında, o cümlədən parlamentlərarası sahədə əlaqələrə diqqət çəkib.

“Biz Türk Dövlətləri Təşkilatı (TDT), xüsusilə Azərbaycan ilə dialoqa böyük əhəmiyyət veririk. Eyni zamanda, digər türk dövlətləri ilə əlaqələri prioritet hesab edirik”, - deyə Töre bildirib.

Onun sözlərinə görə, Şimali Kiprin TDT-də tamhüquqlu üzvlüyü Lefkoşa üçün prioritetdir.

O, Tahir Osman Tahirə yeni vəzifəsində uğurlar arzu edib.

ŞKTC-nin Bişkekdəki nümayəndəsi öz tərəfindən iki türk dövləti arasında əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini əmin edib.