Qafqaz regionunda “yeni nizam” qurulub. Bu fikri Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra siyasətçi səsləndirib. Eyni zamanda, bu fikir səsləndirildiyi yerə görə fərqli mövzuları əhatə edir. Məsələn, Rəcəb Tayyib Ərdoğan bu fikri səsləndirdikdə Ermənistanla yaxşılaşan əlaqəri nəzərdə tutur. Rəcəb Tayyib Ərdoğan deyib: “Artıq reallıqlar əsasında yeni yol xəritələri yaratmağın vaxtı çatıb”. Belə ki, Qafqazda artıq reallıqlara uyğun hərəkət etmək daha məntiqlidir. Çünki onun yeni və eyni zamanda ən qədim sakinləri ədaləti gerçəklərə uyğun şəkildə bərpa ediblər. Belə vəziyyətdə ən məntiqlisi əsassız iddialardan qurtulmaqdır. Görünən odur ki, Qafqazın ən şıltaq aktoru Ermənistan belə artıq daha realist ola bilir. O Azərbaycana qarşı Qarabağ iddialarından geri çəkildiyi kimi Türkiyəyə qarşı da qondarma erməni soyqırımından da əl çəkməkdədir. Təsadüfi deyil ki, son illər ərzində Türkiyə və Ermənistan arasında birbaşa uçuşlar bərpa edilib və yük daşımalarının bərpası barədə razılıq əldə edilib.
Azərbaycana gəldikdə isə yeni nizamdakı qazancımız və məsuliyyətimiz daha böyük görünür. Azərbayacan eyni zamanda regional və beynəlxalq səviyyədə mövqelərini kifayət qədər möhkəmləndirib, Qarabağ məsələsini tamamilə bitirib və İranla münasibətlərini normallaşdırmağa nail olub. Ermənistan və İran münasibətlərinə baxdıqda isə Ermənistan, ABŞ və Fransa ilə yaxınlaşandan sonra Tehran İrəvanla münasibətlərinə yenidən baxıb. Belə ki, İrana görə, Qərbin Ermənistanda möhkəmlənməsi Rusiya kimi İran üçün də təhdiddir. Belə olan vəziyyətdə İran da adekvat addım ataraq Azərbaycanla olan münasibətlərini bərpa etmək qərarına gəlib. Beləliklə, geridə qoyduğumuz həftələrdə Azərbaycanın Tehrandakı Səfirliyinin öz fəaliyyətini bərpa etməsi, heç də təsadüfi deyil. Digər tərəfdən İrandakı hakimiyyət dəyişikliyindən sonra İran tərəfindən daha mülayim və aktiv siyasət yürüdüləcəyini təxmin etsək yanılmarıq. Belə olan vəziyyətdə İran Azərbaycan, Türkiyə kimi regional və iqtisadi güclərin qarşılıqlı olaraq münasibətlərini yaxşılaşdırması Qafqazda, hətta Avrasiyada münbit nəticələr verəcək.